Okt 01, 2022 07:13 Asia/Baku
  • Zelenski NATO-ya üzvlüklə bağlı ərizəni imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq üçün ərizəni təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə o, videomüraciəti zamanı bildirib.

"De-fakto, biz artıq NATO-ya yol almışıq. De-fakto, biz artıq alyansın standartlarına uyğunluğu sübut etmişik. Onlar döyüş meydanında və qarşılıqlı fəaliyyətimizin bütün aspektlərində Ukrayna üçün realdır. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq. Budur Alyans. De-fakto. Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Bu prosedurda bütün insanlarımızı qorumaq bizim üçün vacib olacaq”, - deyə Zelenski əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna NATO-ya sürətlə daxil olmaq üçün ərizə imzalayaraq öz həlledici addımını atır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın NATO-ya təcili daxil olmaq ərizəsinə münasibət bildirib.

Teleqram kanallarının birində çıxışı zamanı Zaxarova bildirib: “Qadın və uşaqları öldürən qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər. Biz irəlidəyik. Çətin olacaq? Bəli. Çünki yıxılmaq həmişə hündürlük qazanmaqdan daha asandır. Siz də təsdiqləyə bilərsiniz: tarix boyu kənar əllər bizə müdaxilə edir”.

 Rusiyalı senator Sergey Tsekov isə mətbuata verdiyi açıqlamada NATO-nun Ukrayna liderinin bu müraciətini qəbul edəcəyi təqdirdə ciddi münaqişə yaranacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Moskvada Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalanıb.

Teqlər