Lavrov ABŞ-ın təhlükəli fəaliyyətindən danışdı
"Rusiya ABŞ-dan biolaborotoriyalarla bağlı açıqlama gözləyir"
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ bütün dünyada öz bioloji proqramlarının tam şəffaflığını və legitimliyini təmin etsin.
SəhərAzəri-nin məlumatına əsasən, Moskvada MDB ölkələrinin kəşfiyyat orqanları rəhbərlərinin iclasında çıxış edən Sergey Lavrov xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya mütəxəssislərinə Ukraynadakı Pentaqonun laboratoriyalarının fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsinin riskləri barədə məlumat verib.
O sonra qeyd edib: "ABŞ-ın dünyadakı biolaboratoriyaları ilə bağlı gizlədə nələrsə var, lakin Rusiya Vaşinqtondan onların nə dərəcədə qanuni olduğunu açıqlamasını gözləyir. BMT Təhlükəsizlik Şurasında Bioloji və Zəhərli Silahların Aradan Qaldırılması Konvensiyası çərçivəsində biz ABŞ-dan tələb etdik ki, lazımi dəqiqləşdirmələr aparsın və ümumilikdə bütün dünyada öz bioloji proqramlarının tam şəffaflığını və legitimliyini təmin etsin. Biz müvafiq cavab gözləyirik".
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya parlament komissiyası ilə Ukraynadakı ABŞ bioloji laboratoriyalarının işi üzrə qarşılıqlı əlaqədən qəti şəkildə imtina etdiyini açıqlamışdı.
Mayın 13-də Rusiya artıq Ukraynada ABŞ-ın bioloji laboratoriyaları mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu laboratoriyalar şəbəkəsinin mövcudluğunu ilk dəfə mart ayında açıqlayıb. Dəqiqləşdirilib ki, əldə edilən məlumatlar Rusiya sərhədlərinə yaxın ərazidə yerləşən Ukrayna laboratoriyalarında bioloji silah komponentlərinin hazırlanmasını təsdiqləyir.