İngiltərənin ukraynalı miqrantların məskunlaşdırılmaları məsələsindəki rüsvayçılığı
İngiltərə parlamentinin üzvləri və hüquq aktivistləri ukraynalı miqrantlara ev verməkdən çəkindiyinə görə, bu ölkənin müdafiə nazirliyini kəskin tərzdə tənqid ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, 1350 ədəd evi bir neçə il müddətinə boş qoyduğuna görə, bu ölkənin müdafiə nazirliyinə hücum edən Vilşayer-in İngiltərə parlamentindəki nümayəndəsi Dani Kruger bu vəziuyyəti,/ müdafiə büdcəsinin azalması, ailələrin məskunlaşmaları üçün hazır ev çatışmazlığı və Rusiya-Ukrayna savaşından irəli gələn mühacirlər böhranına görə, əsl rüsvayçılıq adlandırıb.
Hüquqi cəmiyyətin liderləri bundan qabaq müdafiə nazirliyindən, bu evləri, miqrantları onlarda yerləşdirmək üçün Vilşayer şurasına icarə verməsini istəmişdilər.
Minlərlə ingilis ailə mart ayından başlanmış bir humanitar hərəkətdə Ukrayna müharibəsi didərginlərinə minimum altı ay sığınacaq vermək üçün hazırlıq elan etmişdi, amma bu möhlətin tez bir zamanda başa çatması ilə, həmin ailələrdən naməlum sayda insan, yenidən didərgin düşmək təhlükəsi qarşısında durubdur.
Digər tərəfdən, «Qardian» qəzeti bir məlumatda yazıb: Milyonlarla ukraynalının Rusiya savaşına görə, qonşu ölkələrə pənah apardığına əsasən, bu mühacirlərin taleyi, avropalı hökumətlər tərəfindən tərtib edilmiş mexanizmin olmamasına görə, hələ də qaranlıq görünür.
Qardian-ın bildirdiyinə görə, Ukrayna savaşının fevralın 24-də başlanmasından bəri, 7,5 milyon nəfərdən çox ukraynalı öz ölkəsindən digər ölkələrə yollanıb və milyonlarla nəfər də bu ölkədə didərgin düşübdür.
Bütün Avropada, xüsusən ən çox sayda miqranta yer vermiş Polşa, Moldova, Rumıniya və Slovakiyada insanlar üçün təhlükəsiz, sərfəli və əlçatan mənzil üzrə axtarış davam edir.
İndiyə kimi 3,5 milyon miqrantı qəbul etmiş Polşa, ikinci dünya savaşından bəri Avropada ən çox mühacirət dalğasını təcrübə edib.