Almaniyada minlərlə mağazası iflas ərəfəsindədir
https://azeri.sahartv.ir/news/dünya-i393727-almaniyada_minlərlə_mağazası_iflas_ərəfəsindədir
Almaniyanın "Şpigel" nəşri bildirib ki, bu ölkədə enerji qiymətlərinin artmasına görə, minlərlə mağaza bağlanmaq ərəfəsindədir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 03, 2022 08:27 Asia/Baku
  • Almaniyada minlərlə mağazası iflas ərəfəsindədir

Almaniyanın "Şpigel" nəşri bildirib ki, bu ölkədə enerji qiymətlərinin artmasına görə, minlərlə mağaza bağlanmaq ərəfəsindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniya Pərakəndə Ticarət Assosiasiyasının məlumatına görə, 15 000-dən çox alman mağazası artan enerji xərcləri səbəbindən iflasla üzləşib.

Məlumata əsasən, Almaniya Pərakəndə Ticarət Assosiasiyası vitse-kansler və İqtisadiyyat naziri Robert Habeck-ə məktub yazaraq, xəbərdarlıq edib ki, partlayan enerji xərcləri artan sayda pərakəndə satıcıların dolanmasını qeyri-mümkün edib. 

Qrup bildirib ki, ilin əvvəlindən orta hesabla 150 faiz artan enerji xərcləri pərakəndə satış şirkətlərinin qazanc əldə etməsinə mane olur.