Okt 04, 2022 14:27 Asia/Baku
  • Almaniyanın Köln şəhərində minlərlə nəfər etiraz aksiyası keçirib

Almaniya işıqların kəsilməsinə hazırlaşarkən, minlərlə insan Köln şəhərində enerji böhranına etiraz olaraq, aksiya keçirib.

 SəhərAzəri-"Ruptly"nin məlumatına görə, bazar ertəsi Köln şəhərində enerji böhranı və Avropa Birliyinin sanksiya siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib. Almaniya özünün yenidən birləşməsinin ildönümünü qeyd edərkən, bir neçə min vətəndaş ölkənin üçüncü ən böyük şəhərinin küçələrində yürüş keçirib. 

Etirazçılardan biri və elektrik mühəndisi olan Robert Jungichke deyib: "Proqnozlara əsasən, gələn il qazın qiyməti təxminən üç dəfə artacaq və bu, orta təbəqə üçün o deməkdir ki, bu böhrana hazırlaşmasalar, gələn il davam gətirə bilməyəcəklər. Bu böhranın ən azı 10 il davam edəcəyi bildirilir.

O, bu böhranın səbəbinin Almaniyanın elektrik stansiyalarının köhnəlmiş infrastrukturunun olduğunu bildirib və əlavə edib: "Yeni elektrik stansiyalarına ehtiyacımız var. Amma bu elektrik stansiyalarının tikintisi ən azı beş-yeddi il vaxt aparacaq və bu, hazırda şahidi olduğumuz vəziyyətdir və buna görə də işıqların kəsilməsinə hazırlaşmalıyıq.

Bu aksiyada çıxış edənlərin bəzisi Rusiya ilə Almaniya arasındakı qaz kəmərlərinin sıradan çıxmasına toxunaraq, Avropadakı enerji böhranı ilə hərbi böhran arasında əlaqəni araşdırıblar.

İctimai fəal Bianca Pfenholz deyib: "Hökumət yalan danışmaqdan və yalan vədlər verməkdən əl çəkməlidir. Döyüş bölgələrinə silah çatdırılmasını dayandırmalıdır. Biz silahdan istifadə etmədən sülhə nail olmalıyıq".

Teqlər