Okt 04, 2022 15:50 Asia/Baku
  • İtaliya iqtisadi tənəzzül mərhələsinə qədəm qoyur

İtaliyanın Xəzinədarlıq Nazirliyi ölkə iqtisadiyyatında tənəzzülün başlanması ilə bağlı xəbərdarlıq edib.

 SəhərAzəri -"Əl-Cəzirə" telekanalının məlumatına görə, İtaliyanın Maliyyə Nazirliyinin son proqnozu ölkə iqtisadiyyatının bu ilin üçüncü rübündə tənəzzülə girəcəyini və bu tənəzzülün daha iki mövsüm davam edəcəyini göstərir.

Bu ilin birinci yarısında İtaliyada iqtisadi artım gözləniləndən daha yaxşı oldu və ölkənin ümumi daxili məhsulu əvvəlki üç aya nisbətən ikinci rübündə 1,1 faiz artdı.

İtaliya Avrozonanın üçüncü ən böyük iqtisadiyyatdır. Artan enerji xərcləri və rekord yüksək inflyasiya İtaliyanın istehsal sektoruna ziyan vurub.

Ötən sentyabr ayında İtaliyada inflyasiya 8,9 faizə çatıb ki, bu da avqust ayı ilə müqayisədə yarım faiz bəndi çoxdur.

Teqlər