Okt 09, 2022 16:32 Asia/Baku
  • Almanlar hökumətin siyasətlərinə etiraz ediblər

Berlində minlərlə alman Almaniya parlamenti- Reyxstaq-ın önünə toplaşıb. Onlar Almaniya hökumətinin Rusiyanı sanksiya etmək üzrə siyasətinə və misli görünməmiş bahalıqlara etiraz ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Reyxstaq-ın önünə toplaşmış sağ təmayüllü «Almaniya üçün alternativ» partiyasının himayədarları qaz və elektrik enerjisinin qiymətlərinin artması kimi misli görünməmiş bahalıqlara etiraz ediblər.

«Əvvəl, öz ölkəmiz!» kimi şüarlar verən aksiyaçıların əllərində Almaniya və Rusiya, həmçinin ifratçı sağ qrupların simvolu olan Almaniya imperiyasının bayraqları olub.

Nümayişçilər həmçinin Rusiya bayrağını dalğalandırıb, bu kimi şüarlar veriblər: «Rusiyanın nefi və qazını istəyirik!» və «Bu gün susanlar, sabah donacaqlar!».

«Almaniya üçün alternativ» partiyasının həmsədri Tino Çrupallanın qənaətincə, Almaniya hökuməti Rusiya əleyhinə sanksiyalar tətbiq etməklə müharibəni ölkə sərhədlərinin içərisinə və xalqın yaşayışına gətiribdir.

O, etirazçıların qarşısında Almaniya iqtisadiyyat naziri Robert Habekin istefasını tələb edibdir ki, bu tələb, aksiyaçıların alqışları ilə cavablandırılıbdır.

Çrupalla Almaniya hökumətini xalqın tələblərinə laqeydlikdə ittiham edib. Bildirib ki, bu ölkədəki hakim koalisiyanı təşkil edən üç partiyadan biri olan Almaniya yaşıllar partiyası Almaniyanın zəifləməsi və yoxsullaşmasını istəyir.

Etirazçılar Reyxstaqın önünə toplaşdıqdan sonra yürüş keçirməyə başlayıblar. Onlar marşrut boyu müxalif qruplarlarla üzləşiblər.

Bu etiraz aksiyasına qarşı çıxanlar isə «Almaniya üçün alternativ» partiyasının ideologiyaları, o sıradan anti-miqrasiya qənaətlərini tənqid ediblər. Onlar bu qənaətdə olduqlarını bildiriblər ki, sözügedən partiya bahalıqlardan öz siyasi məqsədlərini irəlilətmək üçün bir vasitə kimi istifadə edir.

Polisin verdiyi məlumatda, aksiyaçıların sayı təxminən on min, onlarla müxalif olanların sayı isə min beş yüz nəfər təxmin edilibdir.

 

Teqlər