Şimali Koreya ordusunun nüvə bölməsi tərəfindən təlimlər keçirilir
https://azeri.sahartv.ir/news/dünya-i393966-Şimali_koreya_ordusunun_nüvə_bölməsi_tərəfindən_təlimlər_keçirilir
Xəbər mənbələri Şimali Koreya ordusunun taktiki nüvə bölmələrinin 10 günlük təlim keçirdiyini bildiriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 10, 2022 10:53 Asia/Baku
  • Şimali Koreya ordusunun nüvə bölməsi tərəfindən təlimlər keçirilir

Xəbər mənbələri Şimali Koreya ordusunun taktiki nüvə bölmələrinin 10 günlük təlim keçirdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Cənubi Koreyanın Yonhap xəbər agentliyi Şimali Koreya lideri Kim Çen Inın sentyabrın 25-dən oktyabrın 9-dək ölkənin taktiki nüvə bölmələrinin təlimlərinə nəzarət və rəhbərlik etdiyini bildirib.

Şimali Koreya keçən həftə bu təlim çərçivəsində dəfələrlə Şərq dənizinə (Yaponiya dənizi) ballistik raketlər atıb.

Bundan əvvəl Şimali Koreya ölkəsinin son raket sınaqlarının ABŞ-ın birbaşa hərbi təhdidlərinə qarşı çəkindirmə və özünümüdafiə çərçivəsində həyata keçirildiyini açıqlamışdı.

Pxenyan bildirir ki, ölkənin raket sınaqları ABŞ və Cənubi Koreyanın hərbi təliminə cavab olaraq, əks tədbirdir.

Bununla əlaqədar ABŞ Şimali Koreyanın raket sınaqlarının qorxusundan və bu ölkəyə qarşı təzyiq vasitələrinin səmərəsiz olmasına baxmayaraq, Pxenyana qarşı yeni sanksiyalar tətbiq edib.