Okt 12, 2022 12:44 Asia/Baku
  • Avropada qiymətlərin artmasına qarşı etiraz dalğası yüksəlib

Avrozona ölkələri arasında inflyasiyanın misli görünməmiş tərzdə artması, xüsusən qida maddələri qiymətlərinin kəskin tərzdə yüksəlməsi, müxtəlif Avropa ölkələrində küçə etirazları və nümayişləri dalğasının yaranmasına səbəb olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliya, Almaniya, Avstriya və Çexiya Respublikasında hökumətə və onun iqtisadi siyasətlərinə, həmçinin qiymətlərin artmasına qarşı etiraz aksiyaları keçirilib.

Avrozonada illik inflyasiya ikirəqəmli artıma malik olub. Bu arada, həmin zonada qida maddələrinin qiymətləri təkcə ötən ayda qırx faizdən çox artıbdır ki, bu da misli görünməmiş bir rəqəmdir.

Hal-hazırda Avropa Birliyinə üzv ölkələrin əksər hissəsində iqtisadi durum bu ölkələrin Rusiya ilə müharibədə Ukraynaya dəstək vermələrinin təsiri altında ağırlaşıb və Avropa xalqları bu günlər enerji bahalığı ilə çarpışırlar.

Rusiya qazı ixracatının azalması, enerji daşıyıcıları qiymətlərinin kəskin tərzdə artması, qida maddələri çatışmazlığı və avropalı rəsmilərin Ukraynaya dəstəyin davamına israr etmələri, Avropa xalqlarının iqtisadi problemlərini ikiqat artırıbdır.

 

Teqlər