Okt 17, 2022 12:07 Asia/Baku
  • Almaniya xəstəxanalarının iflası haqda xəbərdarlıq

Almaniyanın səhiyyə naziri Karl Lüterbax enerji böhranı səbəbindən bu ölkə xəstəxanalarının durumunun ağırlaşması haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Lüterbax deyib: Enerji və inflyasiya kimi iki böhrana görə, xəstəxanaların iflasa uğramaları ilə bağlı real təhlükə var.

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Amerika və Qərb Moskvaya qarşı geniş sanksiyalar tətbiq ediblər.

Rusiya da bu sanksiyalara cavab olaraq, «Şimal axını-1» boru xətti vasitəsilə Avropa və Almaniyaya qaz təqdimini azaldıbdır. Bundan başqa, Rusiya qazının Avropaya köçürülməsi üzrə əsas marşrut sayılan bu boru kəmərində şübhəli partlayışların baş verməsi yaşıl qitəyə qaz təqdimini pozub və onun ardınca Avropa ölkələrində, xüsusən Almaniyada yanacaq xərci artıbdır.

 

Teqlər