Belçikada yaşayış xərclərinin artmasına qarşı aksiya keçirilib
Okt 17, 2022 16:31 Asia/Baku
Minlərlə nəfər dünən Belçikanın paytaxtı Brüsseldə aksiya keçirib. Aksiyaçılar səhiyyə idarəçiliyi, enerji böhranı və inflyasiya səviyyəsinin artmasına etiraz ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Polisin bildirdiyinə görə, ədalət günü adlandırılan gündə keçirilən aksiyada dörd min nəfərə yaxın insan iştirak edib.
İtaliya xalqından da yüzlərlə nəfər Romada aksiya keçirib. Onlar ölkədəki iqtisadi vəziyyətə, ölkələrinin anti-Rusiya sanksiyalarına qatılmasına və NATO-nun Ukraynaya silah göndərməsinə qarşı narazılıqlarını ifadə ediblər.
Etirazçıların əllərində, üzərlərində «Müharibə və sanksiyaya- yox!, sülh və işə isə- bəli!» və «Qəbzlər bərabərdir müharibəyə» şüarları yazılmış plakatlar olub.