Mak Karti Ağ Ev-in Kiyevə yardımlarını tənqid edib
ABŞ konqresinin nümayəndələr palatasının respublikaçı azlığının lideri Amerikada iqtisadi problemlərin olmasına rəğmən, Vaşinqtonun Kiyevə olan maliyyə yardımlarını tənqid edib.
Kevin Mak Karti Amerikadan Kiyevə daha çox yardımın təqdim edilməsi haqda deyib: Kiyev üçün ağ çek yoxdur. O deyir ki, Bayden hökuməti, iqtisadi böhranın onlardan biri olduğu, ölkəsinin daxili problemlərinin həllində aciz qalıbdır.
Mak Karti Ukraynaya yeni maliyyə yardımı barədə deyib: Məncə, Ukraynaya daha çox yardımların edilməsilə xalqın yaşayışı durğunluğa düçar olacaq və onlar Ukrayna üçün ağ çek çəkməyəcəklər. Onlar belə bir işi görməyəcəklər. Bayden hökuməti sərhədlərə baxılmaq da daxil olmaqla öz daxili vəzifələrini yaxşı şəkildə yerinə yetirməyib və xalq bu barədə mühakimə yürüdəcək. Ukrayna məsələsi mühümdür, amma eyni zamanda, hökumət yalnız onunla məşğul ola bilməz.