Noy 05, 2022 21:16 Asia/Baku
  • İngiltərə ilə Rusiya arasında gərginlik artır

Ukrayna müharibəsi başlayandan və İngiltərənin Ukrayna hökumətinə tam dəstək verdiyini açıqlaması ilə yeni mərhələyə qədəm qoyan İngiltərə ilə Rusiya arasında gərginlik bu günlərdə daha da şiddətlənib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Londondakı səfiri İngiltərəni Rusiya gəmilərinə və infrastrukturuna pilotsuz təyyarələrlə hücumlarda rəsmi şəkildə ittiham edib və Britaniyanın Rusiyaya qarşı hərbi fəaliyyətinin sənədlərinin tezliklə dərc olunacağını vurğulayıb.

Rusiyanın İngiltərədəki səfiri Andrey Kelin deyib: "Britaniya ordusunun xüsusi təyinatlı qüvvələrinin Qara dənizdə rus gəmisinə qarşı hazırladığına dair sənədlər və faktlar Britaniya səfirinə, həmçinin bu ölkənin Moskvadakı hərbi attaşesinə çatdırılıb. Britaniyanın bu hərəkətləri təhlükəlidir, çünki gərginliyi artırır və bu, bir xəbərdarlıqdır".

Bundan əvvəl Rusiya İngiltərəni Rusiyadan Avropaya qaz nəql edən "Şimal axını" kimi tanınan strateji boru kəmərində təxribat törətməkdə ittiham edib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: “Mövcud məlumatlara görə, Britaniya ordusunun bölməsi sentyabrın 26-da "Şimal axını" qaz kəmərlərinə ziyan vurmaq üçün terror aktı planlaşdırıb və həyata keçirib". 

İngiltərə ardıcıl hökumət dəyişikliyi və iqtisadi problemlər nəticəsində yaranan siyasi təlatümlərə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ilk ölkədir.

Rəsmi məlumatlara görə, bu ölkədə yoxsulların sayı əhalinin 22 faizini keçdiyi halda, Britaniyanın hakim partiyası bu yaxınlarda Ukraynaya daha 54 milyon funt sterlinqlik maliyyə və hərbi yardım paketi elan edib.

Teqlər