Almanlar qiymət artımına etiraz ediblər
Minlərlə Almaniya vətəndaşı paytaxt Berlində keçirdiyi geniş aksiyada bahalığa və qiymət artımına etiraz edib.
SəhərAzəri-nin məlumatına əsasən, Aksiyaçılar yaşayış xərcləri və yanacaq qiymətlərinin artmasına etiraz və enerji böhranından mənfəət əldə edən iri şirkətlərə qarşı daha çox verginin tətbiq olunmasını tələb ediblər.
Bir neçə gün bundan qabaq Almaniya federal statistika idarəsi bildirdi ki, bu ölkədə inflyasiya göstəricisi oktyabr ayında proqnozlar səviyyəsini ötüb keçməklə misli görünməmiş 10,4 faizə çatıbdır.
Həmçinin Almaniyada qida maddələrinin qiymətləri öncəki ilin analoji dövrü ilə müqayisədə 20,3 faiz artıbdır.
“Eurostat“ tərəfindən yayılmış statistikalar göstərir ki, cari ilin sentyabr ayında Avropa Birliyinə üzv 27 ölkədə inflyasiya indeksi ötən ilin oxşar dövrü ilə müqayisədə 10,9 faiz artıbdır.
Avropa və Amerikada enerji böhranı və bu ölkələrdə neft və qaz qiymətlərinin artması, Ukrayna ilə savaşın başlanması və Donbas bölgəsində xüsusi hərbi əməliyyatın keçirilməsi bəhanəsilə Rusiyaya qarşı geniş sanksiyaların tətbiq edilməsindən sonra baş veribdir.
Moskva da Qərbin birtərəfli sanksiyalarının əvəzini çıxmaq üçün bir neçə Avropa ölkəsinə qaz ixracatını kəsməklə, Rusiyadan enerji idxalı xərcinin bu ölkənin pul vahidi olan rubl ilə ödənilməsini istəyibdir.
Ekspertlər deyirlər ki, Avropa Birliyinin qaranlıq qışı elə indidən başlanıb, zira onlar Rusiyanın nefti və qazına olan asılılıqlarını sıfıra endirməyə qadir olmayacaqlar.