Britaniyada aclığa doğru yuvarlanır
İnsanlar yeməkdən imtina etməyə məcbur qalırlar
Britaniya istehlakçı assosiasiyası tək yaşayan hər üç valideyndən birinin yaşayış xərclərini ödəmək üçün yeməkdən imtina etməli və ya qida banklarına baş çəkməli olduğunu açıqlayıb.
Britaniyadakı yaşayış böhranından ən çox təsirlənən ev təsərrüfatlarının növlərini ortaya qoyan araşdırma göstərir ki, tək yaşayan valideynlərin təxminən üçdə biri, artan ərzaq qiymətləri səbəbiylə yaşamaq üçün yeməkləri ləğv etməyə əl atıb. Sorğuda iştirak edən tək valideynli 10 ailədən 3-ü ərzaq qiymətlərinin yüksək olması səbəbindən yeməklərini azaltdıqlarını bildirib.
İstehlakçılar Assosiasiyasının Siyasət və Vəkillik Direktoru Rocio Koça bu haqda deyib: “Britaniyadakı ailələr artan yaşayış xərcləri ilə mübarizə aparır, tək yaşayan valideynlər çox güman ki, yeməkləri atlayır və ya dolanmaq üçün qida banklarına müraciət edirlər”.
Onun sözlərinə görə, tək yaşayan valideynlər və təqaüdçülər büdcələrinin böyük bir hissəsini qida, enerji və yanacağa xərclədikləri üçün ağır zərbə alıblar. Uşaqlı cütlüklər üçün isə bu nisbət təxminən dörddə birinə düşür. Lakin bütün ev təsərrüfatları, bir il əvvəlkindən xeyli çox gəlirlərini əsas ehtiyaclara xərcləyirlər.