Dek 13, 2022 17:47 Asia/Baku
  • Almaniya iqtisadi tənəzzülün astanasındadır

Almaniya hazırda iqtisadi tənəzzül astanasındadır və enerji və ərzaq xərcləri və yüksək inflyasiya ilə bağlı artan iqtisadi və siyasi təzyiqlərlə üz-üzədir.

SəhərAzəri-nin məlumatına əsasən, 2011-ci ildən Saksoniya-Anhalt əyalətinin başçısı kimi fəaliyyət göstərən alman siyasətçi Reyner Haseloff enerji və ərzaq qiymətləri, eləcə də yüksək inflyasiya ilə bağlı artan iqtisadi və siyasi təzyiqlərə işarə edərək, duş qəbulu zamanı isti sudan istifadənin məhdudlaşdırılması və bütün istilik cihazlarını söndürdükdən sonra evi tərk etmək kimi tövsiyələr edib. 

Almaniya enerji böhranından ən çox əziyyət çəkən Avropa ölkələrindən biridir.

Məlumata əsasən, Mərkəzi Avropanın bu iqtisadi nəhəngi Aİ-nin Rusiyaya qarşı sanksiyalar kampaniyasını imzaladıqdan və Rusiya nefti üçün qiymət həddi təyin etməyə çalışdıqdan sonra enerji xərclərinin kəskin artması və vətəndaşların enerjiyə çıxışının azalması ilə üzləşib.

Sentyabr ayında Saksoniyanın baş naziri Maykl Kretçmer xəbərdarlıq edib ki, Berlin Rusiya qazı olmadan iflasa uğrayacaq və rəsmilər böhranın yaratdığı "ciddi enerji fövqəladə vəziyyətinə" son qoymaq üçün əlindən gələni etməlidirlər.

Teqlər