Yan 16, 2023 20:09 Asia/Baku
  • Almaniyanın müdafiə naziri istefa verib

Almaniyanın müdafiə naziri həftələrlə davam edən tənqidlərdən sonra istefa verib.

Rusiya ilə Ukrayna arasındakı müharibə Avropa ölkələrinə təsir etməkdə davam edir. 2022-ci il fevralın 24-də Ukraynada müharibə başlayandan bəri Qərb ölkələri bir-birinin ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar və Kiyevə yüngül və ağır silahlar verməklə Ukraynadakı münaqişələri daha da alovlandırdılar. 

"Associated Press"in məlumatına görə, Almaniyanın müdafiə naziri Kristin Lambrext aylarla davam edən tənqidlərdən sonra bu gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Nazir ordunun modernləşdirilməsi üzrə nəhəng layihənin sürəti və Berlinin Ukrayna müharibəsinə reaksiyasına görə tənqid olunurdu.

Bloomberg kanalı Lambrext-in istefası ilə bağlı bildirib: Almaniyanın müdafiə naziri onun gələcəyi ilə bağlı bir neçə günlük fərziyyələrdən sonra istefa verib.

Bloomberg-in məlumatına görə, onun istefası hazırda Ukraynanın silahlanması ilə bağlı mühüm qərarları nəzərdən keçirən Almaniya kansleri Olaf Şolts hökumətinə zərbə kimi qiymətləndirilir. 

Hazırda Almaniyada müdafiə naziri postuna yeni təyinatın olunacağı barədə müzakirələr gedir. Bu vəzifəyə əsas namizəd kimi Almaniya federal kanslerinin departament rəhbəri Volfqanq Şmidtin adı hallanır. 

Mümkün namizədlər arasında Almaniya Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl də var. Bundan əlavə, Almaniyanın hazırkı əmək və sosial məsələlər naziri Hubertus Heilin müdafiə naziri postunu tuta biləcəyi istisna edilmir.

Teqlər