Fev 04, 2023 11:32 Asia/Baku
  • ABŞ-da tolerantlıq nağıl imiş - TƏHLİL

Demokrat Partiyasının qadın müsəlman nümayəndəsi İlhan Ömər sionist rejimi tənqid etdiyi üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən xaric edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatası müsəlman deputat İlhan Öməri Xarici Əlaqələr Komitəsindən xaric edib. Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü "İlhan Ömər" uzun müddətdir ki, İsrailin siyasətini tənqid edən və bu rejimin cinayətlərini pisləyən sözlərinə görə təzyiqlərə məruz qalıb. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü olan bu deputat dəfələrlə Təl-Əvivin fələstinlilərə qarşı hərəkətlərini, xüsusilə də sionist rejimin cinayətkar hücumlarını tənqid edib və Vaşinqtondan İsrailə maliyyə və hərbi yardımların göstərilməsi məsələsini yenidən nəzərdən keçirməsini istəyib. Buna görə də o və ABŞ Nümayəndələr Palatasının digər müsəlman üzvü “Rəşidə Təlaib” İsrail əleyhinə mövqeləri və ABŞ-ın İsrailə dəstək siyasətinə qarşı çıxdıqları üçün uzun müddətdir təzyiq altındadır.

ABŞ Nümayəndələr Palatasının bu iki nümayəndəsi həmişə ABŞ-ın sionist rejimin cinayətlərinə dəstəyini rədd ediblər. Ona görə də İsrailin ABŞ-dakı fəal lobbiləri tərəfindən təzyiqlərə məruz qalıblar. Bununla belə, onlar həmişə öz mövqelərində israrlıdırlar.

Nümayəndələr Palatasının respublikaçı üzvü Mayk Uols bununla bağlı deyib: İsrail və ABŞ-ın ortaq dəyərləri var və yalnız bu dəyərləri dəstəkləyənlər Xarici Əlaqələr Komitəsində olmağa layiqdirlər.

Xanım İlhan Ömər Xarici Əlaqələr Komitəsinin qərarını tənqid edib və bu qərarın irqçilik kontekstində qəbul olunduğunu vurğulayıb.

Görünən odur ki, İsrail hələ də ABŞ-da öz təsirini saxlamağa çalışır ki, anti-İsrail siyasətləri Amerika hökumətlərinin qırmızı xəttinə çevrilib. Lakin islamofobiyanı yaymaq cəhdlərinə və ABŞ-da İsrail lobbilərinin təsirinə baxmayaraq, bu ölkə cəmiyyəti arasında anti-İsrail əhval-ruhiyyəsi genişlənməkdədir.

 

Teqlər