NATO yeni münaqişə başladır
Baş katibin eyhamı: Sırada Tayvandır!
Münhen Təhlükəsizlik Konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq eyham vurub ki, Ukraynadan sonra NATO Tayvanda yeni silahlı münaqişəyə başlamaq niyyətindədir.
Bu barədə Qlobal Tayms məlumat yayıb.
Materialda deyilir: “Rusiya-Ukrayna münaqişəsinin başlamasından demək olar ki, bir il keçir. ABŞ-ın rəhbərlik etdiyi NATO böhranda tam iştirak edir. Bununla belə, alyans artıq Tayvanda bir böhran hazırlayıb”.
Nəşr hesab edir ki, NATO hərbi münaqişələr olmadan mövcud ola bilməz: “Buna görə də alyans Asiyada narahatlığı artırır, növbəti toqquşmaya hazırlaşır. Vaşinqton ümid edir ki, NATO təkcə transatlantik hərbi təşkilat olaraq qalmaya, bütün dünyada mövcudluğunu genişləndirə bilər”.
Çinli hərbi ekspert Sonq Zhonqpinq isə bildirib ki, ABŞ-ın məqsədi Avropaya nəzarət etməkdir: “Həmçinin NATO-nu qlobal hərbi ittifaqa çevirməkdir. Stoltenberqin sözlərini təşkilatın Asiya-Sakit okean regionunun işlərinə qarışmasına zəmin yaratmaq kimi qiymətləndirmək olar”.
Nəşrin yazdığına görə, ABŞ-ın maraqları bütün NATO-ya üzv ölkələrin istəkləri ilə üst-üstə düşmür. Belə ki, onların bəziləri Ukrayna münaqişəsi və Çinlə bağlı fərqli fikirdədirlər və ya bundan sonra Vaşinqtona artıq "dəmir etimad" göstərmirlər.