Mart 02, 2023 16:19 Asia/Baku
  • Almaniyanın müdaxiləçi rəftarı cavabsız qalmadı

İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfirliyində çalışan iki diplomatın “arzuolunmaz şəxs” elan edilməsinə qərar verdiyini açıqlayıb.

  SəhərAzəri-nin məlumatına əsasən,mövzu ilə bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bu qərarın Almaniya hökumətinin İranın daxili işlərinə və məhkəmə sisteminə qarşı müdaxiləçi rəftarı və məsuliyyətsiz hərəkətlərindən sonra verildiyini bildirib.

 Kənani Almaniyanın Tehrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını və Tehranın qərarının Almaniya səfirinə çatdırıldığını bildirib.

 Həddindən artıq tələblər qarşısında İranın qətiyyətli mövqe tutacağını vurğulayan Nasir Kənani, “İranın prioriteti qarşılıqlı hörmət çərçivəsində əlaqələri davam etdirməkdir, lakin bəzi tərəflər ölkəmizin qaydalarına və milli suverenliyinə məhəl qoymamaq istəyirlərsə, alternativ variantlara əl atmaq qaçılmazdır”, - deyə qeyd edib.

 

Teqlər