Qar 270 min amerikalını işıqsız qoyub
Amerikanın şimal-şərqində güclü qar 270 min müştərinin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
İqlim dəyişikliyi Amerikada son aylarda şiddətli fırtınaların yaranmasına və bir çox insan tələfatı və maliyyə itkilərinə səbəb olub.
"CGTN"in məlumatına görə, qış fırtınası ABŞ-ın şimal-şərqində güclü qar yağdırır. Ağaclar və yollar tamamilə qarla örtülüb və Nyu-York, Massaçusets və Nyu-Hempşir ştatlarında 270 mindən çox ev və iş yerinin elektrik enerjisi kəsilib.
Bəzi ərazilərdə qarın qalınlığının 50 sm-ə çatdığı bildirilir. Bazar ertəsi Nyu York qubernatoru Keti Hokul fövqəladə vəziyyət elan etdi, bir çox məktəb və şəhər ofisləri bağlandı və daha çox qar fırtınası daha çox elektrik kəsilməsinə səbəb ola bilər.
ABŞ Milli Okean və Atmosfer İdarəsi daha əvvəl 2022-ci ildə baş vermiş böyük qasırğaların, meşə yanğınlarının, tornadoların, quraqlığın və şiddətli qış fırtınalarının bu ölkəyə 165 milyard dollardan çox ziyan vurduğunu açıqlamışdı.