2023 dəniz təhlükəsizlik kəməri” adlı birgə təlim bu gecə başlayacaq
Qazaxıstan və Pakistandan olan müşahidəçilərin də iştirakı ilə İran, Çin və Rusiya “ 2023 dəniz təhlükəsizlik kəməri “ adlı birgə təlimi bu gecə Hind okeanının şimalında başlayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, 2023-cü il dəniz təhlükəsizlik kəməri birgə təliminin mətbuat katibi, Hərbi Dəniz Qüvvələrinin admiralı “Mustafa Tacətdini” bildirib ki: İran İslam Respublikası Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yerüstü və uçuş bölmələri ilə yanaşı, Çin və Rusiya dəniz qüvvələrinin birlikləri də bu təlimdə iştirak edir. Təlim bu gecə son saatlarda Hind okeanının şimal bölgəsində İran, Çin və Rusiya dəniz qüvvələrinin yerüstü və uçuş bölmələrinin iştirakı ilə başlayacaq.
İkinci admiral Tacəddini daha sonra bildirib ki: Bu, İran, Çin və Rusiyanın iştirakı ilə keçiriləcək və gələcəkdə də davam edəcək dördüncü birgə təlimdir. “2023 dəniz təhlükəsizlik kəməri” birgə manevri, “sülh və təhlükəsizlik yaratmaq üçün birlikdə” şüarı ilə və 17 min kvadrat kilometr ərazidə sülh və dostluq mesajı ilə keçiriləcək.
“2023 dəniz təhlükəsizlik kəməri” birgə təliminin sözçüsü bildirib: Bu təlim Hind okeanının şimalında əvvəlcədən müəyyən edilmiş plan üzrə keçiriləcək və bu təlimin keçirilməsində məqsəd üç ölkə arasındakı sıx əlaqəni nümayiş etdirmək və bu ölkələrin qlobal sülhü, dəniz təhlükəsizliyini birgə dəstəkləməklə gələck imkanları dəyərləndirəcək birgə dəniz donanması yaratmaq və beləcə regionda təhlükəsizlik və onun əsaslarını möhkəmləndirmək və iki ölkə arasında çoxtərəfli əməkdaşlığı genişləndirməkdir.
Kontr-admiral Tacəddini daha sonra çıxışında deyib: Bu təlimdə müxtəlif taktiki təlimlər, o cümlədən yanan gəminin xilas edilməsi, qaçırılan gəminin azad edilməsi, konkret hədəflərə qarşı atəş, hava hədəflərinə gecə atəşi və digər taktiki və digər əməliyyat təlimləri nəzərdə tutulub. Həmçinin bu təlimin məqsədləri sırasına Beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin gücləndirilməsi, dəniz quldurluğu və dəniz terrorizmi ilə mübarizə, humanitar tədbirlər, dənizdə xilasetmə və qurtarma sahəsində məlumat mübadiləsi, əməliyyat-taktiki təcrübə mübadiləsini də qeyd etmək olar.