Kreml Çin prezidentinin Rusiya səfəri ilə bağlı Qərb medialarını tənqid edib
Kreml-in sözçüsü Çin prezidentinin Rusiya səfərnin Qərb medialarında işıqlandırılmasını qeyri-dostcasına və son dərəcə düşməncəsinə hərəkət adlandırıb.
Dmitri Peskov Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Tsinpinin martın 21-də Moskvada keçirilmiş görüşü barədə deyib ki, iki prezident Pekin sülh layihəsinin maddələri ətrafında fikir mübadiləsi aparıbdır.
Peskovun sözlərinə görə, Putin-Tsinpin müzakirələrində Rusiya qazının Çinə verilməsinin genişləndirilməsi məsələsi nəzərdən keçirilib.
O, əlavə edib: Rusiya və Çin prezidentlərinin iki ölkə əlaqələrinin genişləndirilməsi barədəki bəyanatlarının dəqiq şəkildə oxunması zərurət daşıyır.
Çin prezidentinin Moskvaya ikigünlük səfəri çərşənbə axşamı günü başa çatdı.
Çin xarici işlər nazirliyi bildirib ki, iki ölkə prezidenti öz görüşlərinin sonunda Ukrayna məsələsi haqda birgə bəyanat imzalayıb.
Nazirlik əlavə edib: Rus tərəf tez bir zamanda sülh müzakirələrinin bərpası barədəki öhdəliyini təkrar edib. Pekin də buna görə öz təşəkkürünü bildirir.
Rusiya prezidenti isə bildiribdir ki, Qərb və Ukraynanın hazır olacaqları halda, Çin tərəfindən təqdim olunmuş layihə Ukraynada saziş üçün əsas götürülə bilər.
Moskva və Pekin inanırlar ki, beynəlxalq dəyişikliklər və dünya nizamının gerçəklikləri çoxqütblü nizama doğru keçidə əsas verir. Halbuki qərblilər, xüsusən Amerika təkqütblü nizamın qorunub saxlanılması və dünya polisi rolunu oynamaq üzrə səyinə israr etməklə unilateralizm yolu ilə öz məqsəd və istəklərini təqib etməkdədir.