ABŞ və NATO Ukrayna böhranında məsuliyyət daşıyırlar.
Çin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Amerika/ və NATO kimi hərbi alyanslar/ Ukrayna böhranının məsuliyyətini üzərlərinə götürməlidirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Mao Nin bu sözləri NATO-nun baş katibi Yens Stoltenberqin Çinin Rusiyaya ehtimal üzrə silah təqdim etməsinin nəticələri barədəki sözlərindən sonra dilə gətirib.
Mao Nin deyib: Məncə, Ukrayna probleminin məsuliyyətilə bağlı olan yerədək/ Amerika və NATO kimi hərbi alyanslar bu məsuliyyəti qəbul etməlidirlər.
Şimali Atlantika İttifaqı Çinə təzyiq göstərməklə onu məzəmmət etmək üçün lazımi mövqeyə malik deyildir- deyə, Mao Nin vurğulayıb.
O, xatırladıb ki, Çin əvvəldən sülh danışıqlarının asanlaşdırmasının himayədarı olub.Tarix nəticə etibarı ilə hansı kəsin doğrudan da düzgün və ədalətli mövqe tutması haqda öz hökmünü verəcək- deyə, Çin xarici işlər nazirliyinin sözçüsü bildirib.
NATO-nun baş katibi aprelin beşində, Brüsseldə bu hərbi təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağından sonra bir mətbuat konfransında bildirdi ki, Çin Rusiyanı silahla təmin edəcəyi təqdirdə, cidd nəticələrlə üzləşəcək.
O, həmçinin dedi ki. Çin keçmişdəkindən daha çox Rusiya ilə yaxından əməkdaşlıq edir.