Apr 13, 2023 19:09 Asia/Baku
  • Moskva Rusiya-NATO toqquşması təhlükəsinin artması haqda xəbərdarlıq edib

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, ölkəsi NATO-nun Baltik dənizinə yiyələnməsinin qarşısını almaq üçün yetərincə hərbi qüvvəyə malikdir. O, deyib ki, Rusiya-NATO təmas xəttinin 1200 kilometr artırılması toqquşma risklərini bir neçə dəfə artırıbdır.

  SəhərAzəri-nin məlumatına əsasən, Aleksandr Qruşko bu gün səhər saatlarında “İzvestiya” qəzetilə müsahibədə Ukrayna müharibəsinin qızğın çağında bu ölkə ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO arasındakı döyüş şəraitini dəyərləndirib. Bildirib ki, Rusiya NATO-nun Baltik dənizinə yiyələnməsi və bu dənizin “NATO dənizi”nə çevrilməsinin qarşısını almaq üçün lazımi qədər hərbi qüvvəyə malikdir.

Rusiya öz dəniz qüvvələri üçün həm gəmiçilik, həm də hərəkət azadlığını təmin edir- deyən Qruşko vurğulayıb: Biz lazım olan təqdirdə, NATO-nun röyalarının çin olmayacağını göstərmək üçün müəyyən mənbələrə malikik. Rusiya və NATO qüvvələri arasında birbaşa göyüş riskinin artması haqda xəbərdarlıq edən bu rus rəsmi bildirib ki, təəssüflə, təhlükələr artmaqdadır və hamı onu bilir.

Moskva mümkün olan hər bir yolla Baltika bölgəsindəki durumu normallaşdırmağa səy göstərib- deyən Rusiya xarici işlər nazirinin müavini vurğulayıb: Lakin bizim təkliflərimizdən heç biri NATO alyansının diqqətini çəkməyibdir.

Bundan öncə Kreml-in sözçüsü Dmitri Peskov bildirmişdi ki, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi Moskvanın nigarançılığına səbəb olur. Peskov da həmçinin demişdi ki, bu ölkə də Avropa qitəsinin təhlükəsizlik strukturunda müvazinət yaratmaq üçün tədbirlər görməkdədir

 

Teqlər