Amerikalı konqresmenlər artıq İsraildən beziblər
Baydenin Tel-Əvivə qarşı siyasətində dəyişiklik etməsi tələb olundu
ABŞ Konqresinin bir qrup nümayəndəsi dövlət katibinə yazdığı məktubda Ağ Evin Təl-Əvivə qarşı siyasətinin dəyişdirilməsini tələb edib.
SəhərAzəri-nin məlumatına görə, Əl-Cəzirə xəbər saytının məlumatına görə, ABŞ-ın 14 konqresmeni öz məktublarında bildiriblər ki, ABŞ-ın İsrailə yardımı fələstinlilərin hüquqlarını pozmaq üçün istifadə edilməməlidir.
Qanunvericilər həmçinin Co Bayden administrasiyasından Fələstinin hüquqlarını pozmaq üçün Amerika silahlarından istifadə olunub olunmadığını araşdırmağı tələb ediblər.
Onlar vurğulayıblar ki, Ağ Ev amerikalı vergi ödəyicilərinin pullarının qeyri-qanuni yaşayış məntəqələrinin tikintisinə dəstək üçün istifadə edilməməsini təmin etməlidir.
1967-ci il müharibəsi və İordan çayının qərb sahilində və Qüdsün şərqində Fələstin torpaqlarının işğalından sonra sionist rejim tərəfindən salınan yəhudi qəsəbələrində yüz minlərlə sionist mühacir məskunlaşdırılıb.
Birləşmiş Millətlər Təşkilatı və dünyanın əksər ölkələri sionist rejimin saldığı yaşayış məntəqələrini qeyri-qanuni hesab edir, çünki bu rejim 1967-ci il müharibəsində bu torpaqları işğal edib və Cenevrə Konvensiyasına əsasən işğalçının işğal olunmuş torpaqlarda hər hansı tikinti aparması qadağandır.
Xatırladaq ki, ABŞ dövləti sionist rejimin fələstinlilərə qarşı amansız hərəkətlərinə göz yumur və Tel-Əvivə maliyyə, eləcə də hərbi yardımlarını davam etdirir.