May 02, 2023 21:00 Asia/Baku
  • Avropa ölkələri xalqları Beynəlxalq Əmək Günündə hirslərini cilovlaya bilmədi
    Avropa ölkələri xalqları Beynəlxalq Əmək Günündə hirslərini cilovlaya bilmədi

Ukrayna müharibəsinin iqtisadi və siyasi nəticələri, dövlət xadimlərinin siaysi addımları Avropa vətəndaşlarının qəzəbinə və etirazına səbəb olduğu bir vaxtda Beynəlxalq Əmək Günü bu ölkələrdə keçirilib.

Fransada işçilərin ən böyük etiraz aksiyalarından biri keçirildi. Əslində bu gün prezident Emmanuel Makronun siyasətinə etiraz edən fransızların yenidən etiraz şüarları ilə küçələrə çıxması üçün başqa bir bəhanə də olduğu deyilə bilər.

New York Times qəzetinin yazdığına görə, Fransada Əmək Bayramı etirazlarında şimalda Havrdan cənubda Marselə qədər on minlərlə insan küçələrə çıxıb və bu etirazlar Fransanın paytaxtı Parisdə daha da genişlənməsi müşahidə edilib.

İqtisadi vəziyyətin pisləşməsinə və yeni pensiya qanununa etiraz edən Fransa vətəndaşları Əmək Gününü yenidən Makrona etiraz etmək fürsəti kimi dəyərləndiriblər.

Almaniyada isə, Beynəlxalq Əmək Günündə minlərlə etirazçı küçələrə çıxıb və onların etirazları bəzi ərazilərdə zorakılıq və qarşıdurmalarla nəticələndiyi bildirilir

"Zorakılıq heç vaxt demokratik müzakirə üsulu deyil, lakin polis iğtişaşlar, ekstremist zorakılıq və bu qarşıdurmalarla açıq şəkildə məşğul olacaq" deyə, Almaniyanın daxili işlər naziri Nensi Pfizer vurğulayıb.

Bu ilki Beynəlxalq Ənək Günü nümayişləri digər Avropa ölkələrində olduğu kimi İtaliyada da fərqli şəkildə keçirilib. Belə ki, olduqca hirs və əsəbli nümayişçilər Avropa İttifaqı, NATO və ABŞ bayraqlarını yandırıblar.

İtaliyanın Turin şəhərində hökumət əleyhinə etirazçılar əllərində maketlər tutaraq İtaliyanın baş naziri Giorgia Meloni ələ salıblar. Həmkarlar ittifaqları Maloney hökumətini maaşları artırmağa və vergi siyasəti ilə bağlı islahatlar etməyə çağırıb. Bu arada, Meloni hökuməti işçilər üçün yeni paket təqdim etməyi də planlaşdırır.

Hollandiyada da həmçinin Beynəlxalq Əmək Günü etiraz nümayişləri ilə qeyd edilib və həmkarlar ittifaqları işçilərin hüquqlarının artırılmasını tələb ediblər.

Polşanın paytaxtı Varşavada isə, minlərlə insanın yürüşü 1 May Beynəlxalq Əmək Günü ilə eyni vaxtda müharibə əleyhinə nümayişin keçirilməsinə də səbəb olub.

Eləcə də, Böyük Britaniya kimi digər Avropa ölkələrində də Əmək Bayramı yürüşləri avropalıların Ukraynadakı müharibəyə və pis iqtisadi şəraitə etiraz etmələri üçün bir fürsət kimi dəyərləndirilib.

Teqlər