May 04, 2023 18:18 Asia/Baku
  • Amerikanın bank sistemi domino üslubunda çökməyə davam edir

Bayden administrasiyası və respublikaçılar milli borc tavanını yüksəltmək və xərcləri azaltmaq və ya iflas elan etmək barədə mübahisə edərkən, Amerikanın bank sistemi domino üslubunda çökməyə davam edir.

   SəhərAzəri-nin məlumatına görə, ABŞ iqtisadiyyatı defolt təhlükəsi ilə üz-üzədir – maliyyə naziri Janet Yellen qanunvericilərə ünvanladığı məktubunda əgər Konqres borclanma limitlərini genişləndirməsə, Maliyyə nazirliyinin artıq iyunun 1-dən başlayaraq milli borclara tam xidmət göstərə bilməyəcəyini bildirib.

  Ağ Ev Konqresdən milli borcun tavanını qaldırmağı tələb edir - Respublikaçı müxalifətin nəzarətində olan Nümayəndələr Palatası bu addımı büdcənin azaldılması proqramının təsdiqi ilə əlaqələndirirlər.

  Prezident Co Bayden mayın 9-da Nümayəndələr Palatasının spikeri Kevin Makkarti də daxil olmaqla konqres liderlərini Milli borc limitinin artırılmasını müzakirə etmək üçün Ağ Evdə görüşə dəvət edib. Makkarti, öz növbəsində, Prezident Bayden və onun administrasiyasını vəziyyəti həll etmək üçün işləmək istəməməkdə ittiham edib.

  Makkarti, Nümayəndələr Palatasındakı Respublikaçıların "borc tavanını yüksəldən, defoltdan qaçmağa və ehtiyatsız xərclərlə mübarizə aparmağa kömək edən" "məsul qanun layihəsini" qəbul etdiklərini bəyan edib.

  Böyük ehtimalla, ABŞ iqtisadiyyatının məhv edilməsi prosesinə mane olmaq kifayət qədər çətin olacaq, çünki Amerika maliyyə sistemində bəla təkbaşına gəlmir. Belə ki, Co Bayden administrasiyası ilə respublikaçılar arasında dövlət borcunun tavanının artırılması, xərclərin azaldılması və ya iflas elan edilməsinin daha yaxşı olub-olmaması ilə bağlı mübahisələrin davam etdiyi vaxtda, Amerika bank sistemi də domino daşı kimi dağılır.

  Həftənin əvvəlində məlum olub ki, ABŞ tənzimləyiciləri aktivlərinin əsas hissəsini sataraq "First Republic Bank"ı bağlayıblar. Bu bankın iflası 2008-ci il böhranından sonra ABŞ maliyyə sistemində ən böyük iflas hadisəsi oldu.

  Bundan əvvəl, mart ayında "Silicon Valley Bank" (SVB) də müflis olduğunu elan edib. İqtisadçılar Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətinin daha da sərtləşdirilməsi gözləntiləri fonunda ABŞ bank sistemində dağılma prosesinin davam edəcəyini gözləyirlər.

  Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, bank böhranı "Amerika iqtisadiyyatı" adlı aysberqin problemlərinin yalnız görünən hissəsidir.

  "ABŞ bankları heç də sadə olmayan səbəblərdən "çökməyə" başladılar və buna səbəb təkcə FED-in uçot dərəcəsinin 5 faiz, yəni əslində normal olması deyil. Fakt budur ki, Amerika borcluları, firmaları, ev təsərrüfatları ilə ciddi problemlər yığılıb. Hazırda kredit bazarında aktivlik səviyyəsi ciddi şəkildə azalıb. Bir ilə yaxındır ki, ABŞ-ın daşınmaz əmlak bazarında qiymətlər artmır, bəzi yerlərdə ucuzlaşır. Yəni ABŞ iqtisadiyyatının şar kimi şişirdilməsinin dayandırıldığına dair bütün əlamətlər var, hətta qabarcıq şəklində olsa belə", - deyə Koltaşov bildirib.

 

 

Teqlər