London Ukraynaya bağışlanmış silahların qara bazarda satıldığını etiraf edib
İngiltərənin bir hərbi rəsmisi etiraf edibdir ki, Kiyevə göndərilən silahların bəziləri ön cəbhədə vuruşan ukraynalı qüvvələrin əllərinə çatmaq yerinə, qanunsuz bazarlarda satılıbdır.
SəhərAzəri-nin məlumatına görə, İngiltərənin silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi beynəlxalq donor koordinasiya mərkəzindən keçən hərbi yardımların Ukrayna qüvvələrinə çatması üçün qəti prosedurların tətbiq edildiyini bildirib.
Artıq detallar verməkdən çəkinən bu ingiltərəli rəsmi deyibdir ki, nadir hallarda olsa da belə, bəzi məlumatlar Ukraynaya göndərilən silahların ön cəbhəyə çatmadıqlarını göstərir.
NATO-nun baş katibi Yens Stoltenberqin etirafına görə, Ukrayna savaşının sürdüyü bir il ərzində Kiyevə yüz altmış beş milyard dollardan çox hərbi yardım göndərilib.
Amerikalı peşəkar jurnalist Seymur Herş də aprel ayının sonlarında bir reportajda yazmışdı ki, Qərb, göndərdiyi silahların ukraynalı komandirlər tərəfindən Polşa və Rumıniya kimi ölkələrdəki silah qaçaqmalçılarına satıldlğını yaxşı bilir.