May 11, 2023 12:51 Asia/Baku
  • NATO 9 il öncədən Ukraynada münaqişəyə hazırlaşırmış

Şimali Atlantika Alyansı 2014-cü ildən Ukraynada münaqişəyə hazırlaşır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq "The Washington Post" qəzetinə müsahibəsində bildirib.

Yens Stoltenberqə görə, 2014-cü ildən etibarən NATO Soyuq Müharibədən bəri kollektiv müdafiənin ən geniş şəkildə möhkəmləndirilməsini həyata keçirib.

Stoltenberq qeyd edib ki, alyans müdafiə xərclərini artırıb və Şərqi Avropada bölmələr yerləşdirib.

NATO-nun baş katibi bildirib ki, Şimali Atlantika Alyansı tarixdə ilk dəfə olaraq Polşa və Baltikyanı ölkələrdə döyüş bölmələri yerləşdirib.

Onun sözlərinə görə, "NATO-nun şərq cinahında", təxminən 40 min hərbçi və dəniz və hava qüvvələrinin bölmələri yerləşir.

Stoltenberq, həmçinin əlavə edib ki, alyansın müdafiə büdcəsinin maliyyələşdirilməsinin 80 faizi Aİ üzvü olmayan ölkələrin payına düşür. Xüsusilə, söhbət ABŞ, Kanada və İngiltərədən gedir. Kiyevə 78 faiz hərbi dəstəyi məhz bu ölkələr verirlər.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şimali Atlantika Alyansının Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirdiyini və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu modernləşdirdiyini bildirib.

O vurğulayıb ki, Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO bölmələrinin təlimi intensivləşdirilib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xatırladıb ki, Rusiya öz təhlükəsizliyinə görə Ukraynanın alyansa qoşulmasına icazə verməyəcək.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başladığını bildirdi.

Rusiya Ukraynaya qarşı hücumun əsas məqsədlərindən birinin "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi olduğunu bildirib.

 

 

Teqlər