May 24, 2023 14:42 Asia/Baku
  • «Meta»nın cərimələnməsi digər texnologiya şirkətləri üçün ibrət dərsidir

Avropa Birliyi bildirib ki, «Meta»nın cərimələnməsi, digər texnologiya şirkətləri üçün ibrət dərsidir.

Avropa Birliyinin dataları mühafizə şöbəsinin müdiri deyib: «Meta»nın qanun pozuntularının geniş olmasına görə, cərimə o qədər yüksək olmalı idi ki, bu sahə üzrə yerdə qalan şirkətlər də başa düşsünlər ki, əgər qanunlara riayət etməzlərsə, onları olduqca pis aqibət gözləyəcəkdir.

İki gün bundan öncə elan olundu ki, Avropa tənzimləyicisi/ “Facebook” və “Instagram”ın sahibi olan “Meta” şirkətini/ dataları Avropadan ABŞ-a qanunsuz şəkildə ötürdüyünə görə, 1,3 milyard dollar cərimə edibdir.

Bu, Avropa Birliyi tərəfindən texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərə qarşı tətbiq edilmiş ən ağır cərimədir. Bundan öncə ən yüksək cərimə, 887 milyon dollar məbləğində, Amazon şirkətinə kəsilmişdi.

 

Teqlər