Qətər enerji çatışmazlığı ilə bağlı xəbərdarlıq etdi:
"Avropa üçün daha pisi hələ qarşıdadır"
Qətər İqtisadi Forumu zamanı Qətər rəsmiləri gələcəkdə, xüsusilə Avropa üçün enerji çatışmazlığı və 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq perspektivi ilə bağlı narahatlıqlarını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Ekspertlər, həmçinin qlobal bazarda gələcək "enerji şokları" və neftin qiymətinin artması barədə xəbərdarlıq ediblər.
Qətərin baş naziri çıxışında ölkəsinin qlobal enerji bazarındakı roluna işarə edib.
Qətər rəsmiləri xüsusilə Avropa üçün gələcəkdə enerji təchizatı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Çünki Rusiya-Ukrayna müharibəsi qlobal enerji bazarlarına ciddi təsir göstərib və Avropanı təbii qaz qıtlığı ilə üzləşdirib və qalıq yanacaqların qiymətini artırıb.
Avropanın hələ də neft və qaz çatışmazlığı ilə mübarizə apardığı bir halda İngilisdilli "Doha News" saytı mayın 23-də bildirib ki, Qətərin energetika naziri Səəd Əl-Kəəbi Avropada neft və qaz qıtlığı üçün "ən pisin hələ qarşıda olduğu" barədə xəbərdarlıq edib.
Qətərin energetika naziri mayın 23-dən 25-dək bu Fars körfəzi ölkəsində keçirilən Qətər İqtisadi Forumunda çıxışı zamanı deyib: "Bu il bəşəriyyəti və Avropanı xilas edən yeganə şey qışın mülayim keçməsi və dünya miqyasında iqtisadiyyatın yavaşlaması oldu".