ABŞ “vaqner”-lə bağlı özündən şübhəlidir
ABŞ-ın müdaxiləsi barədə heç bir söz-söhbətin olmadığı bir şəraitdə ABŞ bildirir ki, Qərbin Rusiyadakı hadisələrlə heç bir əlaqəsi yox idi.
Dünyanın istənilən ölkəsinə müdaxilə etməkdə rüsvayçı keçmişi olan ABŞ dövləti Rusiyada baş verən “Vaqner” olayı ilə bağlı özü özündən şübhələnərək vu hadisədə heç bir rolunun olmadığını bildirib.
Turanın verdiyi məlumata görə, bazar ertəsi Bayden administrasiyası qətiyyətlə bildirib ki, ötən həftə sonu Rusiyada Vaqner qrupunun qiyam cəhdində ABŞ və müttəfiqləri "heç bir rol oynamayıb",
Bazar ertəsi səhər ABŞ prezidenti Co Bayden ölkəsinin həmişə şübhə altında olduğuna ehyam vuraraq bildirib ki, son bir neçə gün ərzində onun səyləri Rusiya Putininin hadisələrdə ABŞ-ı və NATO üzrə müttəfiqlərini ittiham etmək üçün "heç bir əsası" olmamasına yönəlib.
"Biz açıq şəkildə bildirdik ki, rolumuz yoxdur", deyə Bayden Ağ Evdə bildirib.
Öz növbəsində, Dövlət Departamenti bazar ertəsi Yevgeni Priqojinin ötən həftə sonu Rusiyada silahlı qiyam törətmək üçün motivləri ilə bağlı spekulyasiyadan çəkinib.
"Deyim ki, 1917-ci il kabusunu ABŞ hökumətindən kimsə deyil, Vladimir Putin oyandırıb", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.
Nümayəndə həmçinin bildirib ki, ABŞ istərdi ki, Vaqnerin qrupu buraxılsın. "Aydındır ki, biz Vaqnerin buraxılmasını, onun Ukraynada və bütün dünyada həyata keçirdiyi fəaliyyətə isə son qoyulmasını istərdik", deyə o, əlavə edib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər.
Nəhayət günün sonunda "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Bildirib ki, Belarus prezidenti Aleksandır Lukaşenko ilə razılaşıb və hərbçi qüvvələrini Moskva istiqamətindən geri çağırıb.