Pxenyan Ağ Ev-i nüvə cavabı ilə hədələyib
İyul 21, 2023 15:43 Asia/Baku
Şimali Koreyanın müdafiə naziri bildiribdir ki, Amerikanın atom sualtı qayığının Cənubi Koreyada yerləşən bir limana gəlməsi hüquqi şərait yarada/ və ona əsasən, Pxenyan öz nüvə silahlarından istifadə edə bilər.
İki Koreya arasındakı əlaqələr özünün ən aşağı həddinə yerləşir. Belə ki, diplomatik səylər dayandırılıb və Şimali Koreyanın rəhbəri- Kim Çen In, taktiki nüvə silahları da daxil olmaqla silahların yerləşdirilməsinin artırılmasını istəyibdir.
Vaşinqton və Seul bunun cavabında öz hərbi güclərini nümayiş etdirməyi artırıblar. Bu istiqamətdə 1981-ci ildən bəri ilk dəfə olaraq, Amerikanın bir atom sualtı qayığı bu həftə Cənubi Koreyada yerləşən bir limana daxil olubdur.