Qərb ikiüzlülük edir:
“Azadlıq” pərdəsi altında Quranın yandırılmasına rəvac verilir - TƏHLİL
Uydurma Holokostun tənqid edilməsini cinayət sayan Qərb dünya müsəlmanlarının inanc yerini şüurlu şəkildə hədəfə alıb.
Quranın yandırılması yeni bir hadisə deyil və səlib yürüşlərindən bu günə qədər tarix boyu Quranın bir çox nüsxəsi yandırılıb. Günümüzdə görünmək istəyən bir çox irqçi və nifrətpərəst insanlar belə mənfur hərəkətlər etməklə məşğuldurlar. Keçmişdə Quranın yandırılması adətən hökumətlərin dəstəyi ilə həyata keçirilmirdi, lakin indi müsəlmanlara qarşı nifrət aktları faktiki olaraq İsveç və Danimarka hökumətlərinin dəstəyi ilə həyata keçirilir və onlar ifadə azadlığı bəhanəsi ilə bu cür vandal hərəkətlərə şərait yaradırlar.
İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunması onu göstərir ki, Avropa hökumətləri bəyan etdikləri siyasətdə Quranın təhqirini dəstəkləmədiklərini iddia etsələr də, əməldə bu qanunsuz və təhqiredici hərəkəti himayə edir və bu aksiyanın davam etməsinə zəmin yaradırlar.
Maraqlıdır ki, Qərb dövlətləri söz azadlığı iddiası ilə Qurani-Kərimi təhqir etməyə haqq qazandırsalar da, məktəblərdə hicab taxmağa, Holokostla bağlı suallara qarşı çıxırlar və bu hallarda söz azadlığının onlar üçün heç bir mənası yoxdur. Ona görə də Avropa ölkələrində İslam müqəddəslərinin təhqir edilməsi təkcə söz azadlığı və ümumi aksiya deyil, həm də İslam dininə və müsəlmanlara qarşı məqsədyönlü və mütəşəkkil bir aksiyadır.
Bu həqiqəti nəzərə alaraq İslam ölkələri müttəfiq şəkildə Qərbin çirkin hədəfinə qarşı ayağa qalxıb. Əlbəttə ki, İslam ölkələri, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və bu kimi təşkilatlar Qərbdəki vandallığı pisləməklə yanaşı, bu siyasətlə mübarizədə əməli addımlar atmaqla daha güclü və daha koordinasiyalı mövqe sərgiləməlidirlər.