Avq 16, 2023 17:31 Asia/Baku
  • Blinken: “Konqres Ukraynaya 24 milyard dollar yardımı təsdiqləyib”

Çərşənbə axşamı ABŞ dövlət katibi Konqres üzvlərindən Ukraynaya yardımın davam etdirilməsi üçün 24 milyard dollarlıq büdcə tələbini təsdiqləməyi istəmişdi.

Məlumata görə, ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə axşamı çıxışında bu ölkənin Konqresindən Ukraynaya yardım üçün 24 milyard dollarlıq büdcənin təsdiq edilməsini istəyib.

O, jurnalistlərə verdiyi açıqlamasında deyib ki,  “Keçən həftə prezident Bayden Ukraynaya hərbi, iqtisadi və humanitar sahələrdə dəstəyin davam etdirilməsi üçün Konqresdən 24,1 milyard dollarlıq büdcə istəyib və mən Konqresdən bu tələbi tez bir zamanda yerinə yetirməsini xahiş edirəm”.

ABŞ dövlət katibi bildirib ki, bu ölkə öz müttəfiqləri ilə birlikdə ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam edəcəkdir.

  Xatırladaq ki, bazar ertəsi ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və zireh əleyhinə silahlar üçün daha çox döyüş sursatı da daxil olmaqla, 200 milyon dollarlıq yeni hərbi yardım paketi elan etmişdi.

ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqtonun Kiyevə elan etdiyi 200 milyon dollarlıq yardım, Co Bayden administrasiyası tərəfindən öncədən elan edilmiş 6,2 milyard dollarlıq böyük yardım paketinin birinci hissəsidir. ABŞ hökuməti isə, Pentaqonun anbarlarından silahları çıxarmaq üçün prezident səlahiyyətindən istifadə edərək bu paketin daşınmasını təmin edəcəyini açıqlamışdı.

 

Teqlər