Avq 25, 2023 14:18 Asia/Baku
  • BMT Ukrayna müharibəsinin uzanmasına görə xəbərdarlıq etdi

Rusiya-Ukrayna müharibəsində ölənlərin sayı yarım milyona çata bilər

BMT-nin baş katibinin müavini xəbərdarlıq edib ki, Rusiya-Ukrayna müharibəsində ölənlərin ümumi sayı yarım milyona çatacaq.

Rozmari DiKarlo Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında deyib: “Rəqəmlər çox dəhşətlidir. İnsan Hüquqları Komissiyasının məlumatına görə, 545-i uşaq olmaqla, azı 9444 mülki şəxs həlak olub. Reallıqda isə rəqəmlər daha çox ola bilər. Bəzi hesablamalara görə, hər iki tərəfdən həlak olan mülki şəxslərin və hərbçilərin ümumi sayı yarım milyona çatır”.

BMT-nin iyulun 30-na olan son dərc olunmuş hesabatına görə, ötən ilin fevralından bəri ümumilikdə 9369 mülki şəxs həlak olub, 16646 nəfər yaralanıb.

 

Teqlər