Polkovnik Duqlas Makqreqor:
“Ukrayna müharibəsi ABŞ-ın uğursuz cəhdidir”
Ukrayna münaqişəsinin gərginləşməsi ABŞ-ın Rusiya Federasiyasını "məhv etmək" üçün uğursuz cəhdidir. Bunu Pentaqon rəhbərinin keçmiş müşaviri deyib.
Polkovnik Duqlas Makqreqor "Redacted" "Youtube" kanalının efirində deyib ki,
ABŞ hakimiyyəti "Rusiya Federasiyasının qoşunları Ukrayna ərazisinə daxil olanda çox sevinib, çünki onlar səhvən bunun Rusiyanı məhv etmək şansı olduğuna inanırdılar.
Makqreqor qeyd edib ki, Qərb dövlətləri Rusiya tərəfinin məğlub olacağına ümid bəsləyərək böyük səhvə yol veriblər.
O xatırladıb ki, Kiyevin tərəfdaşları Ukrayna lideri Vladimir Zelenskini sülh danışıqları ideyasından imtina etməyə məcbur edəndə Rusiya Federasiyası genişmiqyaslı müdafiəyə keçib, nəticədə Ukrayna Silahlı Qüvvələri böyük itki verib.
Bundan əvvəl Makqreqor bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında fərarilik halları daha tez-tez baş verməyə başlayıb. Onun sözlərinə görə, söhbət bütöv bir tağım və bölüklərdən gedir.