ABŞ polisi hamilə qadını qətlə yetirdi
ABŞ-ın Ohayo ştatında polis hamilə qaradərili qadına atəş açaraq onu qətlə yetirdiyini əks etdirən görüntülərin sosial şəbədə yayımlanması ardından ictimaiyyətin qəzəbinə səbəb olub.
Son illərdə ABŞ-da, 2020-ci ildə Minneapolisdə Corc Floydun polis tərəfindən öldürülməsi polis zorakılığına qarşı kütləvi etirazlara səbəb oldu.
Cümə günü sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ohayo ştatında ərzaq mağazalarının parkinqində 21 yaşlı qadının öldürülməsi anları göstərilib.
Səlahiyyətlilər, Takia Yanqı hədəfə alan atəş nəticəsində doğulmamış uşağın da öldüyünü bildirib.
İddiaya görə polis Yanqın mağazadan oğurluqda ittiham etdikdən sonra onu saxlamağa çalışarkən atəş açıb.
Gənc qadının ailəsi körpənin iki ay sonra, noyabrda doğulacağını açıqlayıb. Yanqın ailəsinin dediyinə görə, onun daha iki övladı da olub.
Gəncin ailə vəkili Çanda Braun cümə günü yerli mediaya deyib ki, polisin hədələyərək ölümlə nəticələnən təhdidinin heç bir əsası yoxdur.