Sen 24, 2023 13:22 Asia/Baku
  • Lavrov Paşinyanı sərt tənqid edib

Rusiya xarici işlər naziri Ermənistan rəhbərliyini Ermənistanı ABŞ-ın və onun müttəfiqlərinin maraqlarını təşviq edən güclü lobbilərin fəaliyyət meydanına çevirməkdə, Rusiyanın təsirini sarsıtmaq cəhdlərinə rəvac verməkdə ittiham edib.

Keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatları, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-ın və onun müttəfiqlərinin maraqlarını təşviq edən güclü lobbi var. Bu maraqların Rusiyanın təsirini sarsıtmaq olduğu bir həqiqətdir.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsindən sonra keçirilən mətbuat konfransında deyib.

“Ermənistanda belə təşkilatlar çoxdur. Və əvvəlki iğtişaşlar olanda, cənab Paşinyan əvvəlki hakimiyyətin əleyhinə çıxış edəndə, ədalət tələb edəndə bütün bunlar özünü büruzə verdi.

Biz bunu süni şəkildə alovlanmış ehtiraslar kimi qəbul edirik. Bir daha təkrar edirəm: bunda kimin maraqlı olduğunu, kimin rəhbərlik etdiyini bilirik. Təəssüf ki, Ermənistan rəhbərliyi  vaxtaşırı odun üstünə yağ tökür”, - o qeyd edib.

Lavrov qərbin Cənubi Qafqazda sabitliyi pozmaqda da maraqlı olduğunu və səylərini bu istiqamətə yönəltdiyini də bildirib.

 Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının iclasında çıxışında bildirib ki, “Avropa İttifaqı (Aİ) və ABŞ Cənubi Qafqazda sabitliyi pozur, Ermənistan və Azərbaycana vasitəçilik səylərini sırımağa çalışır.”

 

"İndi İrəvan və Bakı suverenliyin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra etimadın və dinc həyatın möhkəmlənməsinin vaxtı çatıb. Qarabağdakı Rusiya sülhməramlıları buna hər cür yardım edəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Teqlər