“Ukraynada hər sentin necə xərcləndiyini bilməliyik”
https://azeri.sahartv.ir/news/dünya-i405630-ukraynada_hər_sentin_necə_xərcləndiyini_bilməliyik
ABŞ Ağ Evin Ukraynaya ayırdığı pulların hara getdiyini araşdırmalıdır.Bu barədə senator Coş Houli “FoxNews”ə müsahibəsində danışıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 19, 2023 17:47 Asia/Baku
  • “Ukraynada hər sentin necə xərcləndiyini bilməliyik”

ABŞ Ağ Evin Ukraynaya ayırdığı pulların hara getdiyini araşdırmalıdır.Bu barədə senator Coş Houli “FoxNews”ə müsahibəsində danışıb.

Siyasətçini Amerikanın dəstək fondlarının “Şimal axını 2” qaz kəmərində təxribat üçün istifadə edilib-edilmədiyini, Amerika hərbçilərinin və MKİ-nin hazırda Ukraynada olub-olmadığı barədə suallar maraqlandırıb.

“Ukraynada hər sentin necə xərcləndiyini bilməliyik. Ukrayna üçün bir sent belə xərcləməyə son qoyulmalıdır”, - deyə o bildirib.

Xatırladaq ki, Rusiyanın “Şimal axını”nda partlayışlar ötən ilin sentyabrında baş verib. Almaniya, Danimarka və İsveç hadisə ilə bağlı təhqiqat başlatsalar da hələ də dəqiq nəticə əldə etməyiblər.

Bir müddət əvvəl ABŞ senatoru Cek Rid bildirmişdi ki, Ukraynaya hərbi yardımın dayandırılmasından sonra və münaqişənin kəskinləşməsi halında ABŞ əsgərləri Şərqi Avropaya çağırıla bilərlər.