Ukrayna USQ-dəki korrupsiya əsgərləri ümidsizləşdirib
Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçüləri Ukraynadakı korrupsiya qalmaqallarına görə ümidsizliyə qapılmağa başlayıblar.
"Franceinfo" bu barədə məlumat dərc edərək, bir ukraynalı hərbçidən sitat gətirib:
"Hökumətimiz və parlament üzvlərimiz pul oğurlamasaydılar, Avropa bizi dəstəkləməyə davam edəcəkdi. Münaqişədən qazanc əldə edən arxa planda çoxlu siçovullar var", - hərbçilərdən biri etiraf edib.
O əlavə edib ki, Ukraynada oğurluq "günahsız insanların ölümünə və əzabına səbəb olur". Hərbçinin həmkarının sözlərinə görə, o, mübarizəni Qərbin ayırdığı vəsaiti "ələ keçirən" siyasətçilər üçün aparmır. Digər bir əsgər də şikayət edərək bildirib ki, ən yüksək səviyyədə korrupsiyaya görə özü özünə geyim almaq məcburiyyətində qalıb.
Bu yaxınlarda Ukrayna müdafiə naziri Rustem Umerov etiraf edib ki, son 4 ayda Ukrayna Müdafiə Nazirliyinin daxili auditi 10 milyard qrivnadan çox qanun pozuntusu aşkar edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb ölkələri Kiyevə ayrılan pulun bir hissəsinin "sadəcə oğurlandığını" anlayırlar. Kremlin rəsmi nümayəndəsi bu etirafların ABŞ Konqresində də səsləndiyini qeyd edib.