ATƏT-in növbəti riyakarlığı
https://azeri.sahartv.ir/news/dünya-i408249-atƏt_in_növbəti_riyakarlığı
ATƏT-in müşahidə missiyasının Azərbaycandakı növbədənkənar prezident seçkilərini qeyri-məqbul saymasına baxmayaraq bu təşkilatın baş katibindən təbrik məktubu gəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 09, 2024 09:35 Asia/Baku
  • ATƏT-in növbəti riyakarlığı

ATƏT-in müşahidə missiyasının Azərbaycandakı növbədənkənar prezident seçkilərini qeyri-məqbul saymasına baxmayaraq bu təşkilatın baş katibindən təbrik məktubu gəlib.

ATƏT və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə müşahidə missiyası 7 fevral prezident seçkilərində ciddi pozuntular gördüyünü bildirmişdir. Buna baxmayaraq bu qurumun baş katibi İlham Əliyevi təbrik edərək növbəti riyakarlıq nümyiş etdirib.

ATƏT-in Baş katibi Helqa Maria Şmid-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyinə görə təbrik edilir: “Fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə sizə müvəffəqiyyətlər arzu etmək istərdim”,- məktubda deyilir.

Helqa Maria Şmid səbirsizliklə birgə fəaliyyətləri gözlədiyini deyib: “Qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm”,- Məktubda bildirilir.