Apr 12, 2024 14:46 Asia/Baku
  • ABŞ İranın cavabının qorxusundan vahimə içindədir; ABŞ-ın müdafiə naziri sionist həmkarını tənqid edib

Bir Amerika nəşri bildirib ki, ABŞ müdafiə naziri israilli həmkarını İsrail rejiminin Dəməşqə hücumu barədə əvvəlcədən xəbəri olmadığı üçün tənqid edib.

Amerikanın “The Washington Post” qəzeti öz hesabatında yazıb ki, ABŞ müdafiə naziri Lloyd Oustin, İsrailin Suriyadakı İran konsulluğuna hücumundan əvvəlcədən xəbərsiz olduğu üçün israilli həmkarını tənqid edib.

Məlumata əsasən, Oustin hesab edir ki, Təl-Əviv onu Dəməşqə hücum barədə əvvəlcədən məlumatlandırmalı idi, çünki bu hücum ABŞ-ın regiondakı qüvvələri üçün geniş nəticələrə gətirib çıxarıb.

Ağ Ev daha əvvəl bildirmişdi ki, Vaşinqton bölgədə münaqişə və yeni dövrün başlanmasını istəmir. 

Digər tərəfdən, Amerikanın Bloomberg saytı, Amerika və sionist rejimin kəşfiyyat qiymətləndirmələri ilə yaxından tanış olan kəslərin açıqlamalarına istinad edərək, İranın raket və pilotsuz təyyarələr də daxil olmaqla, İsrailin hərbi obyektlərinə qarşı çox yüksək dəqiqliklə hücumlar həyata keçirə biləcəyini bildirib.

Bu hesabatda sitat gətirilən şəxslərdən biri deyib ki, hazırda əsas məsələ Tehranın İsrailə nə vaxt hücum edəcəyidir?

Eyni zamanda, Amerika İsrail rejimindəki diplomatlarına da səfərlərini məhdudlaşdırmaq barədə xəbərdarlıq edib. ABŞ-ın Təl-Əvivdəki səfirliyi bir bəyanatda əməkdaşlarına və diplomatların ailə üzvlərinə Tel-Əviv, Qüds və Beer-Səbə-dən kənara çıxmamalarının zəruri olduğunu bildirib. 

ABŞ Dövlət Departamenti bu bəyanata əsaslanaraq, amerikalı diplomatlardan mümkün qədər lazımsız səfərlərdən çəkinmələrini istəyib.

Amerikanın bu xəbərdarlığı Təl-Əviv ilə Tehran arasında gərginliyin artmasından sonra edilib.

Sionistlərin İranın Dəməşqdəki konsulluğuna hücumu və bir qrup İran qüvvələrinin şəhadətindən sonra Tehranın hakimiyyət orqanları sionist rejimə peşmanedici cavab verməkdə israrlıdırlar və bu məsələ sionistlər və onların amerikalı müttəfiqləri üçün geniş narahatlıq mənbəyinə çevrilib. 

Bir neçə gün əvvəl "Əl-Ərəbiyyə" kanalı İranın sionist rejimə mümkün hücumu fonunda ABŞ-ın geniş hərəkatları barədə məlumat yayıb. Əl-Ərəbiyyə bununla bağlı bildirib: "ABŞ Mərkəzi Komandanlığının komandanı general "Mac Corla"nın Tehranın və ya onun nümayəndələrinin hər hansı mümkün hücumu ilə bağlı koordinasiya etmək üçün Təl-Əvivə səfəri gözlənilir. 

Bu Səudiyyə mediası, həmçinin bildirib ki,  Amerikanın Yaxın Şərq üzrə nümayəndəsi Brett Makqerkin ərəb ölkələri ilə məsləhətləşmələr apardığını açıqlayıb. Adının açıqlanmasını istəməyən məlumatlı bir mənbə isə bildirib ki, Makqrrk BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və İraqın xarici işlər nazirləri ilə əlaqə saxlayıb və onlardan İrana bu ölkəni İsraillə gərginliyi azaltmağa çağıran mesajı göndərmələrini istəyib".

Adı çəkilən mənbə belə deyib: "Amerika elçisi bu ölkələrin rəsmilərindən İranın xarici işlər naziri ilə əlaqə saxlamalarını və bu ölkənin İsraillə vəziyyəti sakitləşdirməli olduğunu ehtiva edən mesajı çatdırmalarını xahiş edib".