İyun 12, 2024 14:46 Asia/Baku
  • Kanada məhkəməsi İranda qəzaya uğramış təyyarəyə görə Ukraynadan təzminat istədi

Ontario Ali Məhkəməsi qərar verib ki, Ukrayna Beynəlxalq Hava Yolları İranda "PS752" reysinin qəzaya uğraması nəticəsində yaxınlarını itirən ailələrə tam təzminat ödəmək üçün qanuni məsuliyyət daşıyır.

 Bildirir ki, Kanadanın Ontario Ali Məhkəməsi İranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinin xeyrinə qərar çıxarıb.

 Xatırladaq ki, "PS752" təyyarəsi 2020-ci il yanvarın 8-i səhər saatlarında İranın paytaxtı Tehran yaxınlığında xəta nəticəsində qəzaya uğramış, nəticədə Kanada vətəndaşları da daxil olmaqla, bütün sərnişinlər və ekipaj üzvləri həlak olmuşdu.

 Bu qərarda məhkəmənin hakimi bəyan edib ki, Ukrayna Hava Yolları (UİA) bu qəzada səhlənkarlıqda günahkardır, çünki bu təyyarənin uçuşuna saatlar qalmış İran İraqdakı Amerika qüvvələrinə ballistik raketlərlə zərbələr vurmuş və ölkə (İran) ehtimal olunan əks-hücum gözləmə rejimində idi.

 Bu qərar 18 günlük istintaqdan sonra Torontoda 2024-cü ilin yanvarında qüvvəyə minib

 

 

 

Teqlər