Ukrayna ordusu Avropanın ən böyük AES-ni hədəfə alıb
Rusiyanın Zaporojya vilayətinə təyin etdiyi qubernator Yevgeni Balitski bildirib ki, Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verib.
“Tass” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yaydığı məlumatına istinadən xəbər verib ki, Agentliyin işçiləri bir neçə partlayşdan sonra Zaporojya AES-dən tüstü qalxdığını müşahidə ediblər.
“Agentliyə Zaporojya AES-nə edilmiş hücum haqda hələ ki, bir məlumat daxil olmayıb”- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik əlavə edib. Bildirilir ki, Zaporojya AES-i stansiyanın soyutma sistemində yanğın baş verdiyi haqda mütəxəssislərə məlumat veriblər.
AES-in drektoru Ukrayna PUA-larının hücumu nəticəsində baş vermiş yanğının söndürüldüyünü və bunun stansiyanın fəaliyyətinə heç bir zərər vermədiyini deyib.
Xatırladaq ki, Avropanın ən böyük AES-i sayılan Zaporojya 2022-ci ilin mart ayından Rusiya Federasiyasının nəzarətinə keçib.
Qeyd edək ki, son altı gündə Ukrayna qoşunlarının Rusiya ərazisinə birbaşa hücumu müharibə başlayandan bəri ordunun yeni taktiki manevrindən xəbər verir. “Əl-Ərəbiyyə” Kurskdan verdiyi xəbərə görə hazırda Çeçen qüvvələri Martinovkada şəraiti nəzarət altına götürüblər və Rusiya ordusu AES istiqamətində Ukrayna ordusunun irəliləməsini önləyə biliblər.
Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova Ukraynanın Kursk ərazinə etdiyi hücumlarına qarşı ağır cavab veriləcəyini bildirib. “Son günlərdə Ukraynanın PUA və raketlərlə Rusiyanın müxtəlif yerlərinə apardığı hücum əməliyyatları mülki vətəndaşları və infrastrukturları hədəfə almaq məqsədi daşıyıb. Bu hücumun mahiyyəti açıq şəkildə terrorçuluqdur”- deyə Zaxarova əlavə edib.