Sen 12, 2024 16:47 Asia/Baku
  • İran Rusiya ilə Ukrayna arasında istənilən sülh layihəsini dəstəkləyir

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iclasında bildirib ki, İran İslam Respublikası Rusiya və Ukraynanın razılaşdığı istənilən sülh layihəsini, misal üçün Çin və Braziliyanın bununla bağlı təşəbbüsünü dəstəkləyir.

Əli Əkbər Əhmədian çərşənbə günü Sankt-Peterburqda keçirilən bu iclasda çıxışında BRİKS ölkələrinə Rusiya və Ukrayna arasında arzu olunan sülhün əldə olunması üçün bir qrup yaratmağı təklif edib.

Qeyd edək ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın iştirakı ilə çərşənbə günü Rusiyanın Sankt-Peterburq şəhərində BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 14-cü iclası keçirilib. 

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfərinin ilk günündə Rusiya Milli Təhlükəsizlik Şurasının katibi, Putinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi köməkçisi Sergey Şoyqu, Serbiyanın baş nazirinin müavini və Cənubi Afrika Respublikasının prezidentlik naziri ilə beynəlxalq səviyyədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın təşviqi haqqında danışıqlar aparıb.  

İran İslam Respublikası 2024-cü ilin əvvəlindən BRİKS qrupuna qoşulub və ilk dəfədir ki, bu iclasda üzv kimi iştirak edir.

Teqlər