UNRWA xunta rejiminin qəddarlığı barədə dünya ictimaiyyətinə səslənir
Okt 11, 2024 10:22 Asia/Baku
Qəzzənin şimalında ən azı 400 mindən çox insan blokadaya alınıb
Mühasirəyə düşən Qəzzə zolağının şimalında 400 min fələstinli İsrailin hücumları səbəbindən blokadaya alınıb.
Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini sosial şəbəkədə yazıb.
O qeyd edib ki, İsrail ordusunun son təxliyə əmrləri insanları yenidən köçməyə məcbur edib. “Şimali Qəzzədə ən azı 400 min insan sıxışıb. İsrail hakimiyyət orqanlarının son təxliyə əmrləri insanları təkrar-təkrar, xüsusən də Cebaliya düşərgəsindən qaçmağa məcbur edib. Çoxları bundan imtina edir, çünki Qəzzədə heç bir yerin təhlükəsiz olmadığını çox yaxşı bilirlər”.