Demokratların seçkilərdə məğlubiyyətindən sonra Baydenə qarşı tənqidlər artıb
ABŞ Nümayəndələr Palatasının keşmiş spikeri Nensi Pelosi deyir ki, Bayden prezident seçkiləri yarışından daha tez çəkilməli idi.
Reuters-in məlimatına görə, Pelosi hesab edir ki, əgər Bayden daha tez kənara çəkilsəydi, seçkilər fərqli ola bilərdi.
Nensi Pelosi New York Times-a verdiyi müsahibədə deyib: Əgər prezident Co Bayden ikinci prezidentlik dövrü üçün yarıdan çıxmaqla bağlı daha tez qərar qəbul etsəydi Demokratlar partiyası onu əvəz edəcək şəxsi müəyyən etmək üçün prosesə başlaya və onun yerinə başqa namizəd irəli sürə bilərdilər.
Bildirilir ki, Pelosi Baydeni kənara çəkilməyə inandırmaqda mühüm rol oynayıb.
Bayden daha əvvəl Trampı məğlub edə biləcək yeganə demokrat olduğunu iddia etmişdi və daha dörd il prezident olacağına söz vermişdi.