Dek 26, 2025 11:34 Asia/Baku
  • Çin ABŞ-ın 20 hərbi şirkətinə sanksiya tətbiq edib

Çin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Amerika silahlarının Çinin Tayvan bölgəsinə satışı ilə mübarizə istiqamətində Birləşmiş Ştatların iyirmi hərbi şirkətinə və bu şirkətlərin on yüksək vəzifəli rəsmisinə qarşı sanksiyaların tətbiq edilməsindən xəbər verib.

Çin Xarici İşlər Nazirliyi bildirib ki: Pekin Ağ Ev-in  Çinin Tayvan bölgəsinə geniş miqyasda silah satışına dair bildirişinə cavab/ və Çin Xalq Respublikasının xarici sanskiyalarla mübarizə barədəki qanununa uyğun olaraq, son illər Tayvana silah satışında rol oynamış on amerikalı rəsmiyə və ABŞ ordusu ilə bağlı olan iyirmi şirkətə qarşı cavab tədbirləri görmək qərarına gəlib.

Çinin diplomatiya aparatı bir daha vurğulayıbdır ki: Tayvan məsələsi Çinin əsas maraqlarının özəyində yerləşir və Pekinin ilk qırmızı xətti sayılır və bu, Çin-Amerika əlaqələrində görməməzliyə vurulmamalıdır. Hər kəs bu qırmızı xətti keçməyə cəhd edərsə, Çinin möhkəm cavabı ilə üzləşəcək.

ABŞ prezidenti Donald Tramp hökuməti son zamanlar Tayvan adasına on bir milyard dollardan yuxarı dəyərə malik olan silah satışı barədə qərar qəbul edib